Şuşa yolunda yük maşını aşdı - Ölən var

17:43 29.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib. 

 

Hafta.az xəbər verir ki, bununla bağlı AzTV məlumat yayıb. 

 
 

 

Belə ki, yolun 64-cü kilometrliyində 99-XU-742 dövlət nömrəli yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma yuvarlanıb. 

 

Qəza nəticəsində sürücü həlak olub.